Logo

Mərhum şahmatçı Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi

Mərhum şahmatçı Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti vəzifəsinə seçilib.

Sfera.az xəbər verir ki, Rumıniyada keçirilən seçkidə təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğu ilə növbəti 4 il müddətinə yenidən prezident seçilib.

Prezident seçkisindən sonra vitse-prezident vəzifələri üzrə səsvermə keçirilib. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq bu vəzifəyə layiq görülüb. Ümumilikdə qurumda üç vitse-prezident fəaliyyət göstərəcək.

Seçkidə Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov da qonaq qismində iştirak edib.

Qeyd edək ki, Sərxan Həşimov mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun qardaşıdır./qafqazinfo

Mərhum şahmatçı Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR