Bu ərazilərdə işıq olmayacaq

Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisindəki transformator məntəqəsində təmir-təftiş işləri aparılacaq.
Sfera.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar saat 09:00-dan 13:00-dək Heydər Əliyev prospekti və Oruc Əliyev küçəsində yerləşən 7 mərtəbəli yaşayış binalarında elektrik enerjisinin verilişində fasilələr olacaq.
Eyni zamanda, digər rayonlarda da planlı təmir işləri həyata keçiriləcək:
– Yasamal RETSİ: Saat 10:00-dan 13:00-dək Xıdır Mustafayev, Abbas Mirzə Şərifzadə, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Nəriman Nərimanov, Tağı Şahbazi küçələrində və İnşaatçılar prospektinin bir hissəsində fasilə yaranacaq.
– Nizami RETSİ: Saat 10:00-dan 13:00-dək Keşlə qəsəbəsi, Birinci köndələn küçəsi elektrik enerjisiz qalacaq.
– Abşeron RETSİ: Saat 10:00-dan 17:00-dək “Nübar” yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar Aşağı Güzdək və Atyalı qəsəbələrinin bəzi hissələrinə enerji verilişi məhdudlaşdırılacaq.
– Səbail RETSİ: Saat 11:00-dan 12:00-dək Bünyad Sərdərov küçəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
“Azərişıq”dan bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
