Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR

Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR
Kateqoriya məlum deyil
T

Azərbaycanda son 5 ildə tibb müəssisələrində autizm sindromlu şəxslərin sayı artıb.

Sfera.az xəbər verir ki, modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-i ildən 2025-i ilə dək 13 min 676 şəxsə autizm sindromu diaqnozu qoyulub.

Statistikaya görə, uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanların sayı 2021-ci ildə 1624, 2022-ci ildə 2378, 2023-cü ildə 3029, 2024-cü ildə 3112, 2025-ci ildə isə 3533 nəfər olub. Atipik autizm diaqnozu ilə qeydiyyatda olanların sayı isə müvafiq olaraq 55, 64, 86, 103 və 123 nəfər təşkil edib.

Son beş ildə uşaq autizmi iki dəfədən çox artıb.

2025-ci ildə bu kateqoriyada kişilərin sayı 1284-dən 2765-ə, qadınların sayı isə 340-dan 768-ə yüksəlib.

Yaş bölgüsünə əsasən, 0-13 yaş qrupunda qeydiyyatda olanların sayı 1227-dən 2726 nəfərə, 14-17 yaş qrupunda 385-dən 749 nəfərə, 18 və yuxarı yaş qrupunda isə 12-dən 58 nəfərə çatıb.

Atipik autizm

Atipik autizm diaqnozu ilə qeydiyyatda olanların sayı da artıb. Belə ki, 2021-ci ildə 55 nəfər olan göstərici 2025-ci ildə 123 nəfərə yüksəlib.

Bu dövrdə kişilərin sayı 40-dan 104-ə yüksəldiyi halda, qadınların sayı 15-dən 19-a çatıb.

Yaş qrupları üzrə 0-13 yaşda qeydiyyatda olanların sayı 35-dən 80-ə, 14-17 yaş qrupunda 19-dan 43-ə yüksəlib.

18 və yuxarı yaş qrupunda isə 2021-2023-cü illərdə hər il 1 nəfər qeydə alınsa da, 2024 və 2025-ci illərdə bu yaş kateqoriyası üzrə qeydiyyat aparılmayıb.

PAYLAŞ