YENİ DƏLƏDUZLUQ: “Nağdlaşdırma köməyi" adı altında vətəndaşları cinayətə cəlb edirlər

YENİ DƏLƏDUZLUQ: “Nağdlaşdırma köməyi" adı altında vətəndaşları cinayətə cəlb edirlər
Kateqoriya məlum deyil
T

Dələduzlar yeni və təhlükəli üsullarla vətəndaşları cinayət əməllərinə cəlb etməyə davam edirlər.

Sfera.az xəbər verir ki, hazırda sosial mühəndislərin ən geniş yayılmış "trendi" vətəndaşları, o cümlədən artıq zərərçəkmiş şəxsləri oğurlanmış vəsaitlərin tranzitinə cəlb etməkdir.

Dələduzlar "bankda limitlər var" və ya "sistemdə nasazlıq baş verib" kimi bəhanələrlə insanlardan pulu nağdlaşdırmaq və ya hesaba mədaxil etmək üçün "kömək" istəyirlər. Müqabilində isə onlara məbləğin 3-10%-i həcmində "mükafat" təklif edirlər.

Cinayətkarların əsas silahı sosial mühəndislikdir. Zərərçəkənlərə bankın təhlükəsizlik xidmətinin və ya hüquq-mühafizə orqanlarının əməkdaşları adı ilə zəng vurulur.

Onlar vətəndaşları hesablarının sındırıldığı ilə qorxudaraq aşağıdakı addımları atmağa vadar edirlər:

Bütün vəsaitləri nağdlaşdırmağı;

Mövcud bank tətbiqini silməyi;

Göndərilən link vasitəsilə "yeni" proqramı yükləməyi.

PAYLAŞ