Manaf Ağayev saxlanıldı

Manaf Ağayev saxlanıldı
Kateqoriya məlum deyil
T

Son zamanlar Manşet.az xəbər portalının baş redaktoru Əli Vəliyevlə sosial mediada mübahisələri yayılan müğənni Manaf Ağayev polisə aparılması barədə məlumat yayılıb.

Sfera.az Gununsesi.info-ya istinadən xəbər verir ki, yayılan məlumatlarda buna səbəb kimi kriminal aləmin nümayəndəsi kimi özünü təqdim edən şəxsin jurnalisti hədələməsi olub.

Məsələ ilə bağlı Manaf Ağayevlə əlaqə saxlanılıb.

Müğənni bildirib ki, onu Nərimanov Rayon Polis İdarəsinə dəvət ediblər:

”Məni saxlamayıblar. Zənglə dəvət ediblər, mən də gəlmişəm. Əliyə kimsə zəng edibsə, bunu mən bilmirəm. Deyirlər ki, guya balaca qardaşımdı. Evimizdə kiçik qardaş mənəm. Araşdırırlar, mən də çıxıram”.

PAYLAŞ