Müharibə xəbərləri uşaqlara pis təsir edir - XƏBƏRDARLIQ

Müharibə xəbərləri uşaqlara pis təsir edir - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Dünya gündəmində davam edən münaqişə və müharibə xəbərləri yalnız böyüklərə deyil, uşaqlara da ciddi şəkildə mənfi təsir edir. Uşaqlar hadisələri böyüklər kimi dəyərləndirə bilmir və qarşılaşdıqları xəbərləri öz dünyaları ilə əlaqələndirərək qorxu, narahatlıq və qeyri-müəyyənlik hissi yaşayırlar. Bu, onların gündəlik həyatına, məktəb fəaliyyətinə və sosial münasibətlərinə mənfi təsir göstərə bilər.

 

Sfera.az xəbər verir ki, psixoloq Fulda Karaçiçek müharibə görüntülərinin uşaqlarda güclü travmatik təsir yarada biləcəyini bildirib. O qeyd edir ki, partlayış səsləri, yaralı insanların və ağlayan uşaqların görüntüləri bəzi uşaqlarda yuxu pozuntuları, kabuslar, özünə qapanma və davamlı sual vermək kimi davranış dəyişikliklərinə səbəb ola bilər. Uşaqların hadisələri düzgün dəyərləndirə bilməməsi Karaçiçek uşaqların böyüklər kimi gördükləri və eşitdikləri məlumatları təhlil edə bilmədiyini bildirib. Xüsusilə kiçik yaş qruplarında “müharibə hər yerdə baş verə bilər” kimi bir qavrayışın yarana biləcəyini vurğulayan psixoloq, bu cür qorxunun uşaqlarda etibarsızlıq və davamlı narahatlıq hisslərini gücləndirdiyini qeyd edib.

 

 Psixoloq valideynlərə tövsiyə edir ki, uşaqların xəbər məzmununa çıxışını məhdudlaşdırsın, xüsusilə travmatik vizual materiallardan qorunsunlar. Uşaqların suallarına yaşına uyğun, sakit və sadə şəkildə cavab vermək, onların hisslərini ifadə etməyə imkan yaratmaq olduqca vacibdir.

 

Karaçiçek həmçinin əlavə edir ki, valideynlərin emosional vəziyyəti uşaqların psixologiyasına birbaşa təsir göstərir. Əgər valideyn narahat, panik və ya ümidsiz danışırsa uşaqlar da oxşar hissləri yaşayır. Bu səbəbdən ailə daxilində gündəlik söhbətlərin yalnız münaqişə və müharibə mövzularına həsr edilməməsi vacibdir. Gündəlik fəaliyyətlərin qorunması qoruyucu təsir yaradır Psixoloq bildirir ki, uşaqlar üçün ən təskinlikverici elementlərdən biri gündəlik rutinlərin qorunmasıdır.

 

Məktəbə getmək, oyun oynamaq, sevdikləri məşğələlərlə məşğul olmaq və ailə ilə keyfiyyətli vaxt keçirmək uşaqların təhlükəsizlik hissini artırır. “Oyun oynamaq və sosial münasibətləri qorumaq psixoloji cəhətdən uşaqlar üçün qoruyucu təsir yaradır,” – deyə Karaçiçek vurğulayıb.

 

Mənsumə

Sfera.az

PAYLAŞ