Qulaqlığın görünməz FƏSADLARI

Qulaqlığın görünməz FƏSADLARI
Kateqoriya məlum deyil
T

Yeni bir araşdırma musiqi qulaqlarının uzun müddət istifadəsinin sağlamlıq üzərində ciddi təsirlərə səbəb ola biləcəyini göstərib. Gündə 8 saatdan artıq qulaqlıq istifadə edən şəxslər, plastik məhsullarda istifadə olunan endokrin pozucuların bədənə verdiyi zərərlərdən xəbərsiz ola bilərlər.

 

Sfera.az qulaqların uzun müddət istifadəsinin sağlamlığa təsirləri ilə bağlı aparılan araşdırmanı təqdim edir:

 

Endokrin pozucuların zərərli təsiri: Bisfenol A və Bisfenol S

 

Endokrinologiya və metabolizm xəstəlikləri mütəxəssisi prof.dr. İdris Kuzu, plastik məhsullarda istifadə olunan Bisfenol A (BPA) və Bisfenol S (BPS) kimi maddələrin hormon sisteminə mənfi təsir göstərdiyini açıqlayıb. Kuzu, bu maddələrin qulaqlıqlarda, plastik su şüşələrində, konservləşdirilmiş məhsullarda, diş plomblarında və digər plastik məhsullarda geniş şəkildə istifadə edildiyini bildirib.

 

Bu maddələr hormon sistemi üzərindəki təsiri ilə diqqət çəkir, xüsusilə estrogenə bənzər fəaliyyət göstərərək, bədənin hormon balansını poza bilər.

 

Qulaqlıqların tərkibindəki zəhərli maddələr

 

Professor Kuzu, qulaqlıqlarda da endokrin pozucuların istifadə olunduğunu bildirərək, Bisfenol A (BPA) və Bisfenol S (BPS) kimi maddələrin estrogenə bənzər təsir göstərdiyini və bu maddələrin uzun müddət istifadəsinin hormon sistemini zərərli şəkildə təsir edə biləcəyini açıqlayıb. Həkim xüsusilə gündə 8 saatdan artıq qulaqlıq istifadəsinin insan bədənində ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini vurğulayıb.

 

Hormon pozğunluqları və sağlamlıq təsirləri

 

Professor bu maddələrin qadınlarda döş xərçəngi riskini artıra biləcəyini və kişilərdə sperma keyfiyyətinin azalması, testosteron səviyyəsinin düşməsi və ginekomastiya (kişilərdə döş böyüməsi) kimi feminizasiya əlamətlərinə yol aça biləcəyini qeyd edib. Həmçinin, BPA və BPS maddələrinin tiroid hormonlarına təsir edərək hipotiroidizm və insulin müqavimətinin artması kimi sağlamlıq problemlərinin meydana gəlməsinə səbəb ola biləcəyini deyib.

 

Qulaqlıqların uzun müddət istifadəsinin sağlamlıq üzərindəki təsirləri

 

Qulaqlıqların uzun müddət istifadəsinin narahatlıq, yuxu pozğunluğu və hətta kortizol ifrazının artması kimi ciddi psixoloji və fizioloji problemlərə səbəb ola biləcəyini vurğulayan professor bu maddələrin heyvanlar üzərində aparılan tədqiqatlarda mənfi təsirlər göstərdiyini bildirib. O, xüsusilə qulaqlıqların uzun müddət istifadəsinin sağlamlıq üzərindəki mənfi təsirlərini diqqətə çatdıraraq, bu məhsulların insan orqanizmi üçün zərərli olacağını qeyd edib.

 

Mənsumə

Sfera.az

PAYLAŞ