İstehlakçıların nəzərinə: 14 gün keçsə də, malı qaytarmaq olar!

İstehlakçıların nəzərinə: 14 gün keçsə də, malı qaytarmaq olar!
Kateqoriya məlum deyil
T

"Bəzi vətəndaşlar düşünür ki, 14 gün keçdikdən sonra artıq alınan malı qaytarmaq mümkün deyil. Lakin bu, düzgün fikir deyil". 


Sfera.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə deyib.


Onun sözlərinə görə, mal qüsurludursa, geri qaytarılmanı zəmanət müddəti ərzində rəsmi qaydada həyata keçirmək mümkündür:

 


"Məsələn, malı almısınız, onun heç bir problemi yoxdur, amma siz sadəcə öz istəyinizlə malı geri qaytarmaq istəyirsiniz. Bu halda, təbii ki, 14 gün keçibsə, geri qaytarılma mümkün deyil. Lakin məhsulda qüsur və ya mühüm qüsur varsa, bu halda zəmanət müddəti ərzində malı geri qaytarmaq mümkündür. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən, istehlakçı müqavilə və digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə uyğun olaraq satıcıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər".


T. Abdullazadə qeyd edib ki, satıcı və ya icraçı bu tələbi yerinə yetirməyə məcburdur:


“Çünki istehlakçı malda mühüm qüsur aşkar edərsə, onun itkilərinin əvəzinin ödənilməsini tələb etmək hüququ var. Bundan başqa, alıcı satıcı ilə digər formada razılığa gələ bilər. Məsələn, malın lazımi keyfiyyətli digər mal ilə dəyişdirilməsi, satış qiymətinin uyğun məbləğə endirilməsi, digər model və markalı mal ilə yenidən hesablaşma aparmaq yolu ilə malın əvəzini satıcıdan tələb edə bilər".


Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ