Satıcıların zəmanət hiyləsi: Alıcılar necə aldadılır?

Satıcıların zəmanət hiyləsi: Alıcılar necə aldadılır?
Kateqoriya məlum deyil
T

Bəzi satıcılar malın təminat müddəti ilə bağlı alıcını aldadır.

 

Sfera.az xəbər verir ki, bu sözləri vəkil Turan Abdullazadə deyib.

 

Onun sözlərinə görə, malda qüsur olduqda və satıcı tərəfindən təmirə göndərildikdə malın təmirdə qaldığı müddəti də zəmanət müddətinə daxil edirlər.

 

 

Vəkil qeyd edib ki, bu, təmamilə qanunsuzdur:

 

““İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 6.4-cü bəndinə əsasən, zəmanətli təmir aparılarkən malın zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Məsələn, mal 2 ay təmirdə olubsa, zəmanət müddəti 1 il dyeil, 1 il 2 ay olmaqla uzanmış sayılır. Mal dəyişdirildikdə isə malın zəmanət müddəti dəyişdidilmə günündən etibarən yenidən hesablanmalıdır. Tutaq ki, mal  10 ay sonra xarab olur, satıcı 2 ay onu təmir edir və təhvil verir. İstehlakçı istifadə edir və yenidən qüsur meydana gəlir. Bu zaman satıcı deyir ki, 1 illik zəmanət müddəti var idi, o da bitib. Bu isə qanunsuzdur. Təmirdə olan müddət də zəmənat müddətinə daxil edilməli idi”.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ