Bakıda yeni marşrut xətti işə düşdü

Bakıda yeni marşrut xətti işə düşdü
Kateqoriya məlum deyil
T

Bakıda yeni marşrut xətti işə düşüb.

 

Bu barədə Sfera.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

 

Məlumata görə, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib.

 

Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir. Gediş haqqı 0,55 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçirilir.

PAYLAŞ