Fazil Mustafa: "Sahibkarlara ciddi dəstək verilməlidir"

Fazil Mustafa: "Sahibkarlara ciddi dəstək verilməlidir"
Kateqoriya məlum deyil
T

"Bakıda qarşımıza çıxan tikintisi yarımçıq qalmış çoxmərtəbəli binaların işinin tamamlanması üçün sahibkarlara ciddi dəstək verilməsini gözləyirik".

 

Sfera.az xəbər verir ii, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, elə sahibkarlar var ki, müflisləşib və kredit dəstəyinə ehtiyacları var:

 

"Eləsi də var ki, yeni şəriklərin qoşulması ilə binanın tikilib tamamlanması lazımdır və bu olduqca vacibdir. Ona görə ki, bu il ərzində artıq bu problemlər növbəti ilə qalmamalıdır".

 

Millət vəkili qeyd edib ki, sahibkarların böyük problemləri bəzən məhkəmə ilə bağlı ortaya çıxır:

 

"Bir çox hallarda girov qoyduqları əmlakın vəsaitini ödədikdən sonra banklar yenə də onların əmlakını girovdan çıxarmırlar və müraciət edəndə bildirirlər ki, məhkəməyə müraciət edin. Sahibkar yenidən məhkəməyə müraciət etməli olur. Biz burada dəfələrlə qeyd etmişik ki, Azərbaycanda hakimlərin sayı kifayət qədər deyil və hakimlər müraciət edilən vətəndaşlar şikayətlərinin yükü altında əzilməkdədirlər. Böyük əksəriyyət gün ərzində, xüsusilə inzibati xarakterli müraciətlər üzrə, bəlkə də 10-15 məsələyə qədər baxmalı olurlar. Bu da bir işin tamamilə mükəmməl şəkildə oxunub düzgün qiymətləndirilməsinə imkan vermir".

 

F.Mustafa parkların azlığına da toxunub:

 

"Digər tərəfdən, şəhərsalma və memarlıq məsələsində mənim təmsil etdiyim Sabunçu rayonunda, məsələn, Zabrat qəsəbəsində bir dənə də olsun vətəndaşların normal istirahəti üçün park yeri yoxdur. Halbuki orada neft şirkətinə məxsus ərazilər var ki, artıq neft çıxarılmır və həmin ərazilərdə abadlıq işləri apararaq vətəndaşlar üçün bu tələbatı gerçəkləşdirmək mümkün ola bilər. Bu baxımdan hesab edirəm ki, şəhərsalma və memarlıq imkanlarından düzgün istifadə etməliyik və Prezidentin qarşıya qoyduğu tapşırıqları vaxtında yerinə yetirməliyik".

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ