Logo

AFFA rəsmisinə UEFA-dan təyinat

AFFA rəsmisinə UEFA-dan təyinat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sfera.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Austriya” (Avstriya) – “Sparta” (Çexiya) matçının UEFA nümayəndəsi olacaq.

Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən “Franz-Horr” stadionunda baş tutacaq.
Komandalar arasında Çexiyada keçirilən ilk görüşdə 0:0 hesabı qeydə alınıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR