“Turan ruhu” kolleksiyasının təqdimat mərasimi keçirilib - FOTOLAR

"Turan ruhu" kolleksiyasının təqdimat mərasimi keçirilib - FOTOLAR
Kateqoriya məlum deyil
T

Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendi tərəfindən türk dünyasının ortaq yaddaşını və estetik ruhunu müasir baxışla əks etdirən “Turan ruhu” kolleksiyasının təqdimat mərasimi keçirilib. 


Sfera.az xəbər verir ki, təqdimat mərasimində millət vəkili Göydəniz Qəhrəmanov da iştirak edib. 


Tədbiri giriş sözü ilə açan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud qeyd etdi ki, “Dastan” bu gün daha möhkəm təməl, aydın strategiya və geniş inkişaf perspektivi ilə fəaliyyətini davam etdirir. 


Sərgi-satış məkanının yenidən istifadəyə verilməsi sənətin cəmiyyətə daha da yaxınlaşması, ustad əməyinin görünməsi və yaradıcılığın iqtisadi dəyərə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Baku Marionet Teatrında keçirilən bu əlamətdar tədbir mədəni irsimizin yaşadılması, milli sənətkarlığın təşviqi və yaradıcı sənayelərin inkişafı baxımından xüsusi önəm daşıyır. Belə təşəbbüslər milli-mənəvi dəyərlərimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə güclü töhfə verir.

 


 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
PAYLAŞ