BMT Azərbaycanda qaçqın statusu almaq istəyən əcnəbilərlə bağlı görülən işləri yüksək qiymətləndirib

BMT Azərbaycanda qaçqın statusu almaq istəyən əcnəbilərlə bağlı görülən işləri yüksək qiymətləndirib

Miqrasiya məsələsi hər bir dövlətin milli təhlükəsizliyi baxımından ciddi məsələdir. Bu gün sığınacaq axtaran, qaçqın statusu almaq məqsədilə Azərbaycana pənah gətirən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə respublikada diqqət və qayğı göstərilir, onların hüquq və azadlıqlarının qorunması üçün müvafiq tədbirlər görülür.

Sfera.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Furio De Angelis ilə görüşdə deyib.

F.Nəbiyev bildirib ki, bu fakt müharibə şəraitində olan Azərbaycan dövlətinin nəinki öz vətəndaşlarının, həm də əcnəbilərin də hüquqlarının qorunmasına həssas yanaşdığını və bunu təmin etməyə qadir olduğunun nümunəsidir.

Furio De Angelis sığınacaq axtaran, qaçqın statusu almaq məqsədilə pənah gətirən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı Azərbaycan dövlətinin gördüyü işləri yüksək qiymətləndirib, onların hüquqlarının müdafiəsi istqamətində Dövlət Miqrasiya Xidməti ilə birgə işlərin aparılmasının vacibliyini vurğulayıb və qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...