Ağalar Vəliyev onları mükafatlandırdı - FOTO

Ağalar Vəliyev onları mükafatlandırdı - FOTO

Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonunda qabaqcıl müəllimlərin, əlaçı şagirdlərin, şəhid və qazi ailələrinin məktəbli övladlarının mükafatlandırma mərasimi təşkil olunub.

 

Sfera.az bildirir ki, tədbirdə icra hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, YAP rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

 

Deputat Ağalar Vəliyev tərəfindən təhsilin inkişafının stimullaşdırılması, təlim və tədris prosesində nailiyyətlər qazananların həvəsləndirilməsi məqsədilə mərasimdə 41 məktəbdən 95 qabaqcıl müəllimə və 330 əlaçı şagirdə müxtəlif məbləğlərdə pul mükafatı təqdim edilib. 

 

Həmçinin şəhid və qazi ailələrinin 20 məktəbli övladına maliyyə dəstəyi göstərilib.

 


OXŞAR XƏBƏRLƏR