Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq
Kateqoriya məlum deyil
T

Şərur rayonunun bir sıra yaşayış məntəqələrində oktyabrın 2-də elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.

Bildirilib ki, 35/10 kV-luq Maxta, Muğanlı və Aralıq yarımstansiyalarında aparılacaq təmir işləri ilə əlaqədar saat 15:00-dan 17:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Fasilə Maxta, Dəmirçi, Axaməd, Kərimbəyli, Qarabürc, Kürçülü, Kürkəndi, Qorçulu, Muğanlı, Alışar, Aşağı Aralıq və Xələc kəndlərini, həmçinin Yengicə kəndinin bir hissəsini əhatə edəcək.

Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi daha keyfiyyətli və dayanıqlı şəkildə bərpa olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR