İstirahət günü hava necə olacaq?


İstirahət günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda 45 yaşlı qadın bank kartlarını taladı

Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.   Bildirilib k...

"İstəyən varsa, 10 min dollara onu da Kann-a apararam"

Xalq artisti Röya Ayxanın Kann Film Festivalında iştirak etməsi sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.   Sfera.az bildirir ki, ...

Azərbaycan bu məhsulların idxalına 756 milyon dollar xərcləyib

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 756 milyon 423.9 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.  ...

Kamaləddin Qafarov: “Azərbaycanın qlobal təşəbbüsləri Türk dünyasının inkişafına xidmət edir”

  “Türk dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir....

Odessaya raket hücumu: Ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələri Odessa limanına növbəti dəfə raket zərbələri endirib.   Sfera.az xəbər verir ki, hücum zamanı iki nəfər həyatını itirib, dah...

Freddi Merkurinin gizli qızı 48 İl sonra ortaya çıxdı

Dünya şöhrətli müğənni Freddi Merkurinin yeni tərcümeyi-halı onunla bağlı bəzi gizli faktları üzə çıxarıb. Yeni tərcümeyi-haldan aydın olur ki, məşhur müğənnini...