Azərbaycan Mərkəzi Bankı ABŞ istiqrazlarındakı aktivlərini azaldıb

Azərbaycan Mərkəzi Bankı ABŞ istiqrazlarındakı aktivlərini azaldıb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) ipoteka ilə təmin edilən ABŞ istiqrazlarına investisiyaları 520,614 milyon manat olub.

 

Sfera.az "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında qeyd edilib.

 

Sənədə əsasən, bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə 13,6 % azdır.

 

Qeyd edək ki, bu ipoteka ilə təmin edilmiş istiqrazlar Federal Milli İpoteka Assosiasiyası (FNMA), Dövlət Milli İpoteka Assosiasiyası (GNMA) və Federal İpoteka Kredit Korporasiyası (FHLMC) tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları ehtiva edir. Borc qiymətli kağızları xarici menecerlər tərəfindən idarə olunan portfeldə saxlanılıb. 31 dekabr 2024-cü il tarixinə bu qiymətli kağızlar üzrə orta illik faiz dərəcəsi 3,95 % olmaqla (2023-cü ildə 3,88 % təşkil dib), illik 1,5 - 6,5 % (2023-cü ildə eyni səviyyədə olub) dərəcə ilə dəyişkən və sabit faiz hesablanır.

 

Hesabat dövrünə AMB-nin İpoteka və Kredit Zəmanət Fondunun qiymətli kağızlarına investisiyaları isə 56,3 % artaraq 1 milyard 513,177 milyon manata çatıb.

 

Ötən il AMB-nin öhdəlikləri 3,9 % artaraq 34 milyard 522,896 milyon manat təşkil edib.


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...