Məktəb direktoru cərimələndi

Məktəb direktoru cərimələndi

Qəbələ rayonunda qonşusu ilə münaqişə yaşayan Kəlbəcər rayon İstisu qəsəbə sakini 1964-cü il təvəllüdlü Kamil İsmayılov inzibati məsuliyyətə cəlb edilib.

 

 

Sfera.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qəbələdə fəaliyyət göstərən Kəlbəcər Rayon 31 saylı orta məktəbin direktoru olan K.İsmayılova İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

 

Belə ki, K.İsmayılovun qonşusu ondan şikayət edərək icazəsiz olaraq həyətinə daxil olduğunu və onları söydüyünü, evdə olan qızı ilə nəvəsinin qorxu keçirməsinə səbəb olduğunu bildirib. Barəsində şikayət edilən şəxs isə qonşunun övladının dostları ilə birgə onun evinə tez-tez daş atdığını, pəncərəni və evin dam örtüyünü sındırdığını deyib. O, bu məsələ ilə əlaqədar qonşuluqda yaşayan ailəyə irad bildirmək məqsədilə həyətlərinə getdiyini qeyd edib.

 

Qəbələ Rayon Məhkəməsi məktəb direktorunu qeyd edilən protokol üzrə təqsirli bilərək 100 manat cərimə edib və o, sərbəst buraxılıb.

 


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...