Şahbaz Şərif Azərbaycana niyə gəlir? - Səfərin pərdəarxası səbəbləri

Şahbaz Şərif Azərbaycana niyə gəlir? - Səfərin pərdəarxası səbəbləri

Pakistanın Baş naziri Şahbaz Şərif mayın 25-30-da Türkiyə, İran, Azərbaycan və Tacikistana səfər edəcək. Bu barədə Pakistanın Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata görə, o, səfər zamanı bu ölkələrin liderləri ilə ikitərəfli münasibətlərə dair bir çox məsələlər, həmçinin regional və beynəlxalq proseslər barədə müzakirələr aparacaq.


"Onun həmçinin bu yaxınlarda Hindistanla münasibətlərdə yaranmış böhran zamanı dost ölkələr tərəfindən Pakistana göstərilən dəstəyə görə minnətdarlığını bildirmək imkanı olacaq. Baş nazir mayın 29-30-da Duşənbədə (Tacikistan) keçiriləcək buzlaqlarla bağlı beynəlxalq konfransda iştirak edəcək", - deyə məlumatda qeyd olunub.


Maraqlıdır, səfərin pərdəarxası məqamı nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu görüş bir növ təşəkkür mahiyyəti daşıyacaq:

 

"Məlum olduğu kimi, Pakistanla Hindistan arasında bir müddət əvvəl baş verən hərbi gərginlik rəsmi İslamabadın qələbəsi ilə başa çatdı. Şərif özü də zəfəri elan etdi. 

 

Həmin günlərdə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ayrı- ayrılıqda təşkilatın üzvləri Pakistana diplomatik dəstək verdilər. İndi Şərifin Türkiyə, İran və Azərbaycana səfəri həm də minnətdarlıq səciyyəsi daşıyacaq". 

 

 

K.Novruzov qeyd edib ki, dünya nizamı dəyişir:

 

"Bir çox regionda, o cümlədən Asiyada yeni reallıqlar yaranır. Hindistanla – Pakistan arasında gərginliyin yenidən başlanma ehtimalı heç də az deyil. Hər halda bunda maraqlı olan qüvvələr var. Belə olan halda Pakistanın tərəfdarlarının dəstəyindən əmin olması başa düşüləndir.

 

Şərifin adıçəkilən ölkələrə səfəri zamanı, sözsüz ki, həm də ikitərəfli münasibətlər müzakirə olunacaq. İran, Türkiyə və Azərbaycanın Pakistanla xoş və müsbət münasibətlərini nəzərə alsaq deməliyik ki, görüşlər məhsuldar, yaddaqalan olacaq".

 

Siyasi şərhçi vurğulayıb ki, görüşlər çərçivəsində müəyyən razılıqların əldə olunması, sənədlərin imzalanması da mümkündür. 

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə etdilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...