Azərbaycan Mərkəzi Bankı Eldar Quliyevi CƏRİMƏLƏDİ - SƏBƏB

Azərbaycan Mərkəzi Bankı Eldar Quliyevi CƏRİMƏLƏDİ - SƏBƏB

Azərbaycan Mərkəzi Bankı (AMB) daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-ni ("Sizin Lombard") və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

 

Sfera.az bu barədə AMB-yə istinadən xəbər verir.

 

Məlumata görə, qurumun apardığı planlı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbinin pozulması halı aşkarlanıb.

 

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən "GL" və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.
 

Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Şirkətin səhmləri 100 % Eldar Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.
 


OXŞAR XƏBƏRLƏR

Emin Musəvi qızının şəklini paylaşıb bu sözləri yazdı - FOTO

Aparıcı,"ASAN Radio"nun direktoru Emin Müsəvi qızı Zemfira ilə fotosunu paylaşıb. O, sosial şəbəkədə yayımladığı şəklinə "Mən və Zemfira - 29....

Konstitusiya Məhkəməsindən yeni qərar - Bu şəxslərin cəzası hesablanmayacaq

Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə növbəti iclası keçirilib.   Məhkəmənin mətbuat xidmətindən Sfera.az-a bildirilib k...

Sosial yardım adı altında dələduzluq - Diqqətli olun!

“Feysbuk sosial şəbəkəsində “Azərbaycan Sosial Yardım 2025” adlı saxta profil altında guya 3399 manat ünvanlı sosial yardım almağa kömək göstə...

Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başladı

Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiya nəticələrinə əsa...

Prezident təsdiqlədi: Satışı qadağan edildi

Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin...

Füzuliyə xüsusi icazə almadan gedə bilərsiniz

1 may 2025-ci il, Bakı – 2025-ci il 1 may tarixindən etibarən Azərbaycan Hava Yolları (AZAL) tərəfindən Bakı–Füzuli–Bakı marşrutu üzrə həyata ...