Azərbaycanlı gənc Polşada vəfat edib
Kateqoriya məlum deyil
T
Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib.
Sfera.az 24News.ge-yə istinadən xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib.
Məlumata əsasən, mərhum işləmək məqsədilə Polşaya gedibmiş.
Hazırda onun nəşinin doğma kəndinə gətirilməsi üçün zəruri sənədlərin hazırlanması istiqamətində işlər aparılır.






