300 işıq ili uzaqlıqda bulud aşkarlandı - FOTO

300 işıq ili uzaqlıqda bulud aşkarlandı - FOTO

Astronomlardan ibarət bir qrup Günəş sistemindən təxminən 300 işıq ili uzaqlıqda yerləşən, əvvəllər müşahidə olunmamış nəhəng qaz buludunu aşkar edib. 

 

Sfera.az xarci mediaya istinadən xəbər verir ki, öz işığını yaymadığı üçün bu bulud “görünməz” kimi təsvir olunur.

 

Alimlər bu kəşfi Cənubi Koreyanın “STSat-1” peyki tərəfindən toplanan məlumatlar əsasında ediblər. Aşkar edilən aypara formalı nəhəng bulud molekulyar hidrogendən ibarətdir.

"Science Alert"in xəbərinə görə, ABŞ-nin Rutgers Universitetinin astrofiziki Bleksli Burkhart bildirib: “Bu, uzaq ultrabənövşəyi şüalanma vasitəsilə molekulyar hidrogenin birbaşa aşkarlandığı ilk buluddur. Bu bulud sözün əsl mənasında qaranlıqda parlayır”.

 

Tədqiqatın nəticələri "Nature Astronomy" jurnalında dərc edilib.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR