Banklarda bu kreditlər üzrə FAİZLƏR ARTDI

Banklarda bu kreditlər üzrə FAİZLƏR ARTDI
Kateqoriya məlum deyil
T

İpoteka Kredit və Zəmanət Fondu hesabına verilmiş ipoteka kreditləri üzrə faiz dərəcələrində əhəmiyyətli dəyişiklik müşahidə edilməsə də, bankların daxili resursları hesabına verilən kreditlərdə faiz dərəcələri artıb.

 

Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, daxili resurslar hesabına verilmiş ipoteka kreditlərinin ümumi ipoteka portfelində çəkisinin artması ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artmasına səbəb olub.

 

2024-cü ilin sonuna İpoteka Kredit və Zəmanət Fondunun hesabına verilən ipoteka kreditlərinin faizləri 6,4%, bankların daxili vəsaitləri hesabına verdikləri kreditlərin faiz dərəcəsi isə 10, 5% olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR