“Kukla” ləqəbli 23 yaşlı qadın qatil həbs edildi
Kolumbiya polisi tərəfindən "La Muneca" ("Kukla") kimi tanınan 23 yaşlı Karen Juliet Ojeda Rodriguez həbs edilib. O, Santanderdə keçmiş sevgilisi də daxil olmaqla bir neçə sifarişli qətldə şübhəli bilinərək planlaşdırılmış əməliyyat nəticəsində həbs edilib.
Sfera.az bildirir ki, gənc qız “Los de la M” bandasının əmri ilə həyata keçirilən bir neçə səs-küylü qətldə əli olduğu iddiasına görə "xüsusilə təhlükəli qatil" adlandırılır.
Qız şərikləri ilə birlikdə bütün bölgəni dəhşətə gətirib. O, keçmiş sevgilisinin qətlini təşkil edəndən sonra tutulub.
Rodriguez həbs olunana qədər bölgədə terror törədən kiçik bir qrup qatillərə rəhbərlik edib.
Polisin dediyinə görə, qız keçmiş sevgilisi Davey Jesusa zəng edərək onu görüşə dəvət edib. Onlar guya pul mübahisəsini həll edəcəklərmiş.
Hesabatda deyilir ki, iki nəfər motosikletə minərək "Kukla"nın sifarişi ilə onu güllələyərkən naməlum bəy güllələrə tuş gəlib.
Rodriges 24 yaşlı ortağı Paula Valentina Hoya Rueda ilə birlikdə həbs edilib. Onun ortağının ləqəbi “Qorda Sicaria"dır.
"Leopoldo" kimi tanınan digər şəriki "Kukla" ilə eyni vaxtda nəzarətə götürülüb. Həbs zamanı ondan 1 ədəd revolver və 9 mm-lik tapança götürülüb. Hazırda hüquq-mühafizə orqanları silahın son cinayətlərdən hər hansı birində istifadə edilib-edilməməsini araşdırır.
"La Muneca və Leopoldonun tutulması ilə bölgədə sakitlik dövrü başlayıb. Bu həbslər son qətllərə görə məsuliyyət daşıyan cinayət şəbəkələrinin ləğvində irəliləyişin olduğunu göstərir"- deyə polis polkovnik-leytenantı Muarisio Herrara bildirib.
Qeyd edək ki, Karen kriminal aləmdə 2020-ci ildən tanınır. Məktəbi bitirdikdən dərhal sonra o muzdlu əsgər olub.
Onu da qeyd edək ki, Dünya Əhali İcmalına görə, əhalisi 1,3 milyondan bir qədər çox olan Kolumbiyanın Bukaramanqa şəhərində hər üç gündə bir qətl hadisəsi baş verir.
Polis "Kukla" və onun iddia edilən şəriklərinə qarşı irəli sürüləcək ittihamları hələ açıqlamayıb.
Aynil