Logo

“28 Mall”ın yaxınlığında vəfat edən şəxs xarici vətəndaş olub

“28 Mall”ın yaxınlığında vəfat edən şəxs xarici vətəndaş olub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi Bakının 28 May ərazisində, “28 Mall” ticarət mərkəzinin yaxınlığında ölüm hadisəsi baş verib.

Sfera.az bildirir ki, məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu gün saat 16:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, vəfat edən şəxsin 82 yaşlı Türkiyə vətəndaşı olduğu bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR