Sabah Bakının üç rayonunda qaz olmayacaq


Sabah Bakının üç rayonunda qaz olmayacaq

Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nərimanov və  Sabunçu rayonlarında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 24.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

 

Məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ, Nərimanov və Sabunçu rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

 

 


OXŞAR XƏBƏRLƏR