Logo

General-mayor olan hərbçilər kimlərdir? - Dosye

General-mayor olan hərbçilər kimlərdir? - Dosye
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bir general-mayora general-leytenant, 3 polkovnikə isə general-mayor rütbəsi verilib.

Sfera.az general-mayor rütbəsi verilən hərbçilərlə bağlı bəzi məlumatları təqdim edir:

General-mayor rütbəsi alan Elnur Əli oğlu Ələsgərli hərbi idarəetmə və milli təhlükəsizlik sahəsində fəaliyyəti ilə diqqət çəkir. O, 21 iyun 2024-cü ildə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun rektoru vəzifəsinə təyin edilib.

General-mayor rütbəsi verilən polkovnik Telman Əsgər oğlu Hüseynov Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanıdır. 2024-cü ildə Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanının müavini təyin edilib.

General-mayor rütbəsinə layiq görülən polkovnik Hikmət Rövşən oğlu Əliyev də Vətən müharibəsi iştirakçısıdır. O, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, sözügedən Sərəncamla general-mayor Zaur Rüstəmova general-leytenant rütbəsi verilib. Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci il ildə İsmayıllının Kürdmaşı kəndində anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin mənsubudur.

Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlar arasında olub. Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə öndərlik edib.

7 noyabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunub./bizimmedia

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR