Bakı və Abşeronda yağışa görə insanlar təxliyə edildi - VİDEO

Bakı və Abşeronda yağışa görə insanlar təxliyə edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında intensiv yağışların Bakı şəhəri və Abşeron rayonu ərazisində yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri ərazilərə cəlb olunub.

 

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

 

Görülmüş tədbirlər nəticəsində bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, köməyə ehtiyacı olan 3-ü azyaşlı olmaqla ümumilikdə 8 vətəndaşın təhlükəsiz əraziyə təxliyə edilməsi təmin edilib.

 

Hazırda suçəkmə və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

 

 


OXŞAR XƏBƏRLƏR

Bu şəxslər cərimələnəcək - 1000 manatdan 4000 manatadək...

Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə artırılır.    Sfera.az Qafqazinfo-ya istinadən xəbər v...

Makronun İsrail şirkətlərinə qoyduğu qadağa iki ölkə münasibətlərinə necə təsir edəcək? - AÇIQLAMA

Fransa hökuməti İsrail müdafiə şirkətlərinin noyabrın 4-dən 7-dək Villepintedə keçiriləcək dünyanın ən böyük dəniz silahları sərgilərindən biri olan “Avro...

Yağınıtılı hava şəraiti məktəblərdə davamiyyətə təsir etməyib - RƏSMİ

Hazırda Azərbaycanda yağan yağıntılarla bağlı məktəblərdə şagirdlərin davamiyyətində ciddi dəyişiklik müşahidə edilmir.   Sfera.az xəbər verir ki, bu...

"Qarabağ" - "Ayaks" oyununu bu hakimlər idarə edəcək

Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun oyununu Şotland...

Əfqanıstan BRICS sammitində iştirak edə bilər

Əfqanıstan nümayəndə heyəti Kazanda keçiriləcək BRICS sammitində və ya təşkilatın növbəti yüksək səviyyəli iclasında iştirak edə bilər.   Sfera.az TA...

Prokuror olmaq istəyənlərin NƏZƏRİNƏ: İmtahan...

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keç...