Bağırov körpüsünü su basdı: Eldar Əzizov hadisə yerində

Bağırov körpüsünü su basdı: Eldar Əzizov hadisə yerində

Bakı şəhərinin Nərimanov rayonunda Bağırov körpüsünü su basıb.

 

Bu barədə Sfera.az-a Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən bildirilib.

 

“Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov korpüsünün ərazisində subasma qeydə alınmışdır, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılmışdır”, – məlumatda diqqətə çatdırılıb.

 

Mətbuat xidmətindən əraziyə icra başçısı Eldar Əzizov və aidiyyəti struktur rəhbərlərinin gələrək əraziyə baxış keçirdiyi, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldığı açıqlanıb.

 

“Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır”, – BŞİH-in Mətbuat xidməti qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Oktyabr çağırışının gedişatı müzakirə olundu - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komi...

Bu şəxslər cərimələnəcək - 1000 manatdan 4000 manatadək...

Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə artırılır.    Sfera.az Qafqazinfo-ya istinadən xəbər v...

Makronun İsrail şirkətlərinə qoyduğu qadağa iki ölkə münasibətlərinə necə təsir edəcək? - AÇIQLAMA

Fransa hökuməti İsrail müdafiə şirkətlərinin noyabrın 4-dən 7-dək Villepintedə keçiriləcək dünyanın ən böyük dəniz silahları sərgilərindən biri olan “Avro...

Yağınıtılı hava şəraiti məktəblərdə davamiyyətə təsir etməyib - RƏSMİ

Hazırda Azərbaycanda yağan yağıntılarla bağlı məktəblərdə şagirdlərin davamiyyətində ciddi dəyişiklik müşahidə edilmir.   Sfera.az xəbər verir ki, bu...

"Qarabağ" - "Ayaks" oyununu bu hakimlər idarə edəcək

Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun oyununu Şotland...

Əfqanıstan BRICS sammitində iştirak edə bilər

Əfqanıstan nümayəndə heyəti Kazanda keçiriləcək BRICS sammitində və ya təşkilatın növbəti yüksək səviyyəli iclasında iştirak edə bilər.   Sfera.az TA...