DYP hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ

DYP hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) yağışın törətdiyi fəsadlarla əlaqədar sürücülərə müraciət edib.

 

Sfera.az xəbər verir ki, idarə paytaxtın bir neçə istiqamətində nəqliyyatın hərəkətində çətinliyin yarandığını bildirib.

 

“Yağışın davamlı olaraq yağması nəticəsində hazırda paytaxtın Nərimanov rayonu Bağırov körpüsünün altında, Sabunçu rayonu "Komsomol dairəsi" və Xətai rayonu “Nargilə dairəsi” adlanan ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb”, – müraciətdə diqqətə çatdırılıb.

 

Qeyd olunub ki, polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

 

“Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər”, – müraciətdə vurğulanıb.

 

Xatırladaq ki, daha əvvəl paytaxtın İcra Hakimiyyəti Heydər Əliyev prospektindəki Bağırov körpüsünün su basdığını bildirmişdi.


OXŞAR XƏBƏRLƏR

Hərbçimiz silahdan açılan atəş nəticəsində ÖLDÜ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həsənov Murad Fuad oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hə...

"İqlim dəyişikliyinin əsas səbəblərı sırasında sosial amillər xüsusi yer tutur" - Zahid Oruc

Sosial Tədqiqatlar Mərkəzi (STM) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə dəyirmi masa keçi...

“Kontakt”da 629 951 manat uduldu: AVTOMOBİL VƏ MƏNZİL UDUŞU DAVAM EDİR

“Kontakt”ın hər gün sevindirən “Şeş-Qoşa” kampaniyasında qazanılan məbləğ hər keçən saat daha da artır. Belə ki, bu saatadək kampaniyada...

Neftin qiyməti 74 dolları ötdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bar...

Dörd rayona qar yağdı - FAKTİKİ HAVA

Oktyabrın 22-si saat 9:00-a olan məlumata əsasən Azərbaycanda qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv ya...

Yağış və leysan nə vaxtadək davam edəcək?

"Ölkə ərazisində yağıntılı hava şəraitinin bu gün günorta saatlarından sonra tədricən kəsiləcəyi gözlənilir".   Bu açıqlamanı Milli Hidrome...