Ağadadaş Ağayevin cinayət işinə o baxacaq


Ağadadaş Ağayevin cinayət işinə o baxacaq

Oktyabrın 23-də Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçiləcək.

 

Sfera.az xəbər verir ki, Binəqədi rayon məhkəməsində keçiriləcək iclasa hakim təyin edilib.

 

Belə ki, iş üzrə hakim Vüsal Tağıyevdir. Cinayət işi üzrə iki zərərçəkmiş tanınıb, bunlar Nurəddin Cəlilov və Nəzakət Paşayevadır.

 

Qeyd edək ki, bu ilin iyul ayında Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.

 

Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.

 

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham edilir. Qeyd edək ki, bu maddə üzrə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. (Modern.az)


OXŞAR XƏBƏRLƏR

“Qucaqlaşmaq üçün cəmi üç dəqiqə" - Məhdudiyyət tətbiq edildi

Yeni Zelandiyanın “Dunedin” hava limanı sərnişinləri ötürmə sahəsində qucaqlaşma müddətini üç dəqiqə ilə məhdudlaşdıran yeni qayda tətbiq edib. Bu q...

Dörd həyat yoldaşından 54 uşaq sahibi olmaq istəyir - FOTO

“Evlilik tanrısı” olmaq istəyən yaponiyalı 36 yaşlı Ryuta Vatanabenin dörd həyat yoldaşı və iki sevgilisi var. O, 10 uşaq atasıdır. Sfera.az bi...

Britni Spirs gəlinlik paltarında yenidən evləndiyini bildirdi - FOTO

42 yaşlı amerikalı müğənni Britni Spirs pərəstişkarlarına yenidən evləndiyini deyib. Sənətçi gəlinlikdəki kadrlarını İnstaqram səhifəsində paylaşıb.   ...

Möcüzəvi şəkildə sağ qaldı: buynuzlu delfin üzgüçüyə hücum etdi

Delfinlər çox həssas canlılardır. Davranışlarına cinsi narazılıq kimi amillər təsir edə bilər. Bu, insanlar üçün təhlükəlidir. Yapon üzgüçü onu dişləyən delfind...

Britaniya təyyarələri ilk dəfə raket dəstələri ilə mübarizə aparmaq üçün lazerlərdən istifadə edəcək - FOTO

Britaniya Hərbi Hava Qüvvələri qabaqcıl lazer texnologiyası əldə etmək ərəfəsindədir. Yeni lazer maşınları cəmi 1300 vatt güc tələb edir. Bu, mikrodalğalı ...

Bakıda adam oğurluğu:Avtobus dayanacağında gözlərini bağlayıb apardılar

Əvvəllər məhkum olunmuş Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona xəsarətlər yetirən - ikisi yetkinlik yaşına çatmayan şəxs olmaqla...