Yağışın yaratdığı problemlərlə bağlı BŞİH-dən AÇIQLAMA


Yağışın yaratdığı problemlərlə bağlı BŞİH-dən AÇIQLAMA

Bakıda bu gün səhər saatlarından başlayan yağıntıların normadan artıq olması müşahidə olunur. Bu hal paytaxt küçələrində hərəkəti çətinləşdirib, bir sıra yerlərdə isə yollar yağış suları ilə dolub. Normadan dəfələrlə artıq yağıntının şəhərin kanalizasiya sisteminin xaric edə biləcəyi miqdardan xeyli artıq olduğu bildirilir.

 

Sfera.az-ın məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı Dəniz Məmmədli bildirib ki, məsələ ilə bağlı bu gün Bakı şəhər İcra Hakimiyyətində müşavirə keçirilib. Xüsusi riskli ərazilərdə fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlər müəyyənləşdirilib:

 

“Həmçinin Bakı Şəhər İcra hakimiyyəti təsərrüfat strukturları tərəfindən gün boyu aidiyyəti üzrə ADSEA-ə subasmalarla bağlı məlumatlar veriləcək”.

 

Mütəxəssislər qeyd edir ki, dünyanın heç bir şəhəri bundan sığortalanmayıb. Bildirilir ki, belə hallar son zamanlarda Avropa və dünyanın digər ölkələrində də müşahidə olunur. Misal üçün, İtaliyanın Siciliya bölgəsində, Avropanın digər şəhərləri və ya Rusiyada bəzi şəhərlər bu günlərdə təbii fəlakətlə üz-üzə qalıblar. Buna səbəb kimi bəzi alimlər qlobal iqlim dəyişikliyini də göstərirlər.


OXŞAR XƏBƏRLƏR

“Qucaqlaşmaq üçün cəmi üç dəqiqə" - Məhdudiyyət tətbiq edildi

Yeni Zelandiyanın “Dunedin” hava limanı sərnişinləri ötürmə sahəsində qucaqlaşma müddətini üç dəqiqə ilə məhdudlaşdıran yeni qayda tətbiq edib. Bu q...

Dörd həyat yoldaşından 54 uşaq sahibi olmaq istəyir - FOTO

“Evlilik tanrısı” olmaq istəyən yaponiyalı 36 yaşlı Ryuta Vatanabenin dörd həyat yoldaşı və iki sevgilisi var. O, 10 uşaq atasıdır. Sfera.az bi...

Britni Spirs gəlinlik paltarında yenidən evləndiyini bildirdi - FOTO

42 yaşlı amerikalı müğənni Britni Spirs pərəstişkarlarına yenidən evləndiyini deyib. Sənətçi gəlinlikdəki kadrlarını İnstaqram səhifəsində paylaşıb.   ...

Möcüzəvi şəkildə sağ qaldı: buynuzlu delfin üzgüçüyə hücum etdi

Delfinlər çox həssas canlılardır. Davranışlarına cinsi narazılıq kimi amillər təsir edə bilər. Bu, insanlar üçün təhlükəlidir. Yapon üzgüçü onu dişləyən delfind...

Britaniya təyyarələri ilk dəfə raket dəstələri ilə mübarizə aparmaq üçün lazerlərdən istifadə edəcək - FOTO

Britaniya Hərbi Hava Qüvvələri qabaqcıl lazer texnologiyası əldə etmək ərəfəsindədir. Yeni lazer maşınları cəmi 1300 vatt güc tələb edir. Bu, mikrodalğalı ...

Bakıda adam oğurluğu:Avtobus dayanacağında gözlərini bağlayıb apardılar

Əvvəllər məhkum olunmuş Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona xəsarətlər yetirən - ikisi yetkinlik yaşına çatmayan şəxs olmaqla...