Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO
Bakının Yasamal rayonu, Alatava 1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işləri aparılıb.
Sfera.az xəbər verir ki, bu məlumatlar sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, ərazidə tikinti şirkətlərindən biri tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Hadisə zamanı xəsarət alanların olduğu da iddia edilib.
Məsələ ilə əlaqədar BAKU.WS Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı cavab olaraq bildirdi ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Araşdırma aparılır.
Baş verənlərlə bağlı söküntünü həyata keçirən tikinti şirkətinə sorğu ünvanlasaq da, hələlik heç bir cavab ala bilmədik. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.
Sözügedən görüntüləri təqdim edirik: