Gürcüstandan gələn səyahətçilərin ikinci qrupu Xankəndini gəzdi

Gürcüstandan gələn səyahətçilərin ikinci qrupu Xankəndini gəzdi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən Gürcüstandan olan 26 nəfərdən ibarət ikinci səyahətçi qrup Xankəndi şəhərində gəzintiyə çıxıb.

 

Sfera.az xəbər verir ki, qonaqlar şəhərdə aparılan bərpa işlərinin miqyasından heyrətə gəliblər.

 

Səyahətçilər erməni işğalının nəticələrini canlı görə biliblər.

 

Turistlər, həmçinin stadionu, Qarabağ Universitetini, eləcə də tarix və mədəniyyət abidələrini ziyarət ediblər.

 

Qeyd edək ki, Gürcüstandan Azərbaycana üç qrup səyahətçi gəlib. Onların səfərində məqsəd regionda aparılan tikinti və bərpa işləri ilə tanış olmaqdır.

 

Səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.


OXŞAR XƏBƏRLƏR

Bakı sülh sazişini Paşinyanla imzalamaq istəmir - Əmirbəyov

Azərbaycan Ermənistanın bir sıra mühüm maddələri hələ də razılaşdırılmamış sülh müqaviləsi imzalamaq təklifini qeyri-real və qəbuledilməz hesab edir.   ...

Xaçmazda çaydan kişi meyiti tapıldı

Xaçmaz rayonunda çaydan kişi meyiti tapılıb.   Sfera.az xəbər verir ki, rayonun İstisu qəsəbə sakini 1954-cü il təvəllüdlü Mehdixanov Əlixan Vəl...

Sumqayıt-Bakı yolundakı tıxacın həlli üçün hansı addımlar atılır? - AÇIQLAMA

"525 nömrəli marşrut üzrə hərəkət edən avtobuslar kimi köhnə ictimai nəqliyyat vasitələrinin dəyişdirilməsi nəzərdə tutulur".   Bunu Azərba...

Hazırda bu rayonlara yağış yağır - FAKTİKİ HAVA

Oktyabrın 19-u saat 18:00-a olan faktiki hava açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Əv...

Güclü zəlzələ Kahramanmaraşı yenidən SİLKƏLƏDİ

Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fəlakətlərin İdarə Edil...

600-dən yuxarı bal toplayanların hərbi xidməti barədə yeni DETALLAR

Yüksək intellektual potensiala malik gənclərin bütün digər sahələrdə olduğu kimi müdafiə sahəsində də geniş dəyərləndirilməsi fürsətlərinin yaradılması Müdafiə ...