Əhalinin xərcləri 100 milyard manatı ötəcək – PROQNOZ

Əhalinin xərcləri 100 milyard manatı ötəcək – PROQNOZ

Yaxın illərdə Azərbaycan əhalisinin gəlir və xərcləri ayrılıqda götürdükdə 100 milyard manatı ötəcək. 


Sfera.az hökumətin proqnozlarına istinadən xəbər verir ki, əhalinin gəliri 2027-ci ildə 104,5 milyard manata, xərcləri 100,4 milyard manata yüksələcək. 


2024-cü illə müqayisədə əhalinin gəlir və xərclərində üç ildən sonra təxminən 20 milyard manat artım baş verəcək. 


Əhalinin xərclərinin artması gəlirlərdəki artım hesabına mümkün olacaq. Xüsusən orta əməkhaqqının, pensiya, müavinət və təqaüdlərin artması, eləcə də sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərin artması əhalinin ümumi gəlirlərindəki artıma güclü təsir göstərəcək.


Vasif


OXŞAR XƏBƏRLƏR