Logo

Dövlət sektorunda işləyənlərin sayı azalır – STATİSTİKA

Dövlət sektorunda işləyənlərin sayı azalır – STATİSTİKA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda son illərdə dövlət sektorunda çalışan işçilərin sayında azalma müşahidə edilir. Bu azalma nəticəsində, eləcə də digər sektorda işçi sayının artması ilə əlaqədar artıq dövlət sektoru ilə qeyri-dövlət (özəl sektor və bələdiyyələr – red.) sektorunda çalışanların sayı bərabərləşib.

Sfera.az xatırladır ki, 2019-cu ilin sonunda dövlət sektorunda təxminən 912 min çalışan olub. Həmin tarixdə qeyri-dövlət sektorunda 730 minə yaxın çalışan var idi. 
2021-ci ilin sonunda işçi sayı dövlət sektorunda 905 min nəfərə düşdüyü halda, qeyri-dövlətdə 800 min nəfəri ötüb.

Sonrakı illərdə də bu dinamika davam edib və 2024-cü ilin sentyabrın 1-də işçi sayı dövlət sektorunda 878 minə geriləyib, qeyri-dövlətdə isə 876,6 min nəfərə yüksəlib.

Ötən 5 ildə dövlət sektorunda işçi sayı 34 min nəfər azaldığı halda qeyri-dövlət sektorlarında 147 min nəfər artıb.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR