Elektrik və internet kəsilə bilər - XƏBƏRDARLIQ

Elektrik və internet kəsilə bilər - XƏBƏRDARLIQ

Günəşdə aktivlik maksimum səviyyəyə çatıb.

 

Sfera.az xəbər verir ki, NASA bu barədə xəbərdarlıq edib.

 

Məlumata görə, bu dövrdə Günəş 11 illik dövrünün zirvəsinə çatacaq və günəş ləkələri, günəş alovları və tac kütləsinin atılması kimi qeyri-adi hadisələrlə özünü göstərəcək. Günəş qarşıdakı aylarda intensiv şəkildə aktivləşəcək. Lakin bu hərəkətliliyin nə vaxt sona çatacağı, yəni maqnit qütblərinin nə vaxt yer dəyişəcəyi və dövrün stasionar dövrünün nə vaxt başlayacağı hələlik bəlli deyil. NASA-nın verdiyi açıqlamaya görə, Günəş hər 11 ildən bir müəyyən dövrələrdən keçir və bu dövrlərdə müxtəlif dəyişikliklər baş verir. vakansiyalar

 

Alimlər Günəşin daxilində gedən prosesləri tam başa düşə bilmirlər. Günəşin dövrünü dəqiq proqnozlaşdırmaq çətindir, çünki hər bir dövr müxtəlif uzunluqda və intensivlikdə ola bilər. Günəş dövrünün ən mühüm göstəricilərindən biri Günəşin səthindəki günəş ləkələridir. Bu ləkələr maqnit sahələrinin cəmləşdiyi, isti plazmanın axınına mane olan, bu sahələrin ətrafdan daha soyuq və qaranlıq görünməsinə səbəb olan ərazilərdir.

 

Günəş alovları radio siqnallarında fasilələrə səbəb ola, tac kütlələrinin atılması isə Yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqədə ola bilər. Eyni zamanda, geomaqnit fırtınaları yarada bilər. Bu fırtınalar elektrik şəbəkələrinə, peyk əməliyyatlarına və rabitə sistemlərinə zərər verir. Lakin bu hadisələr həm də füsunkar qütb işıqlarının yaranmasına səbəb olur. (Yenisabah.az)


OXŞAR XƏBƏRLƏR

İstanbulda XİN rəhbərlərinin görüşündə birgə Bəyanat qəbul edildi

“Oktyabrın 18-də İstanbulda Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi, Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərlərinin iştirakı ilə üçüncü...

BZ: Bayden Zelenski ilə "gizlənqaç oynayır"

ABŞ Prezidenti Co Bayden Avropaya səfərləri zamanı Kiyev rejiminin başçısı Volodimir Zelenskidən qaçmağa çalışır və “onunla gizlənqaç oynayır”. ...

Qubada müəllimləri daşıyan avtomobili sel apardı- VİDEO

Qubada müəllimlərin avtomobilini sel aparıb.   Sfera.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.   Hadisənin C...

Bayramovdan Ərdoğanla görüşü ilə bağlı PAYLAŞIM

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.   Sfera.az xəbər verir ki, nazir Bayramov bununla...

Azad edilmiş ərazilərə 2025-2028-ci illərdə xərclənəcək vəsait məlum oldu

Dövlət büdcəsinin əsaslı xərclərinin ortamüddətli dövrün sonuna 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3581,4 milyon manat və yaxud 23,3 faiz az...

Məşhur istirahət zonasında hotel yandı

Türkiyənin Antalya vilayətinin Kəmər rayonunda hoteldə yanğın baş verib.   Sfera.az xəbər verir ki, hoteldə istirahət edənlər təxliyə ediliblər. &...