“Bu, transların verə biləcəyi bir qərardır” - Elşad Miri + VİDEO

“Bu, transların verə biləcəyi bir qərardır” - Elşad Miri + VİDEO

 “Uşaq dünyaya gələndə gender mövzusu ilə bağlı bir anlayışı olmur. Bu, yaşadığı cəmiyyət və bəzi şeylərə etirazın nəticəsində sonradan formalaşır".

 

Sfera.az xəbər verir ki, dinşünas və ilahiyyatçı Elşad Miri dizayner Aynur Xəlilovanın "YouTube"da yayımlanan "Hərşeyşünas" podkastında qonaq olarkən bu barədə danışıb.

 

"Ənənəvi din anlayışında belə bir şey var, daş-qalaq etmək, amma Quranda yoxdur. Bu, yəhudilikdə var. Yəhudilikdə olan bir məsələni Quranda olmayan bir məsələyə calaşdıraraq, bunu islamlaşdıraraq, dini don geyindirərək insanlara təqdim ediblər. Əgər bir insan həqiqətən özü qəbul edib və transdırsa, İslam dini onun əməllərinə baxır. Bu adam həqiqətən insan olaraq Allahın buyruqlarına görə yaşayırsa, kim qaranti verə bilər ki, bu cəhənnəmlikdir, ya cənnətlikdir? Sənin cənnətdə yerini azmı edir və yaxud da sən özün cənnətə gedəcəyinin zəmanətini haradan alırsan? Hər kəs çalışır ki, gözəl insan olsun, yaxşı hərəkətlər etsin, canlılara ziyan vurmasın. Allahın da istədiyi bu deyilmi? İnsanın doğru və yanlış seçiminə görə niyə onun əvəzinə qərar verirsən? Allahın yerinə niyə hər hansı bir hökmü həyata keçirmək istəyirsən? Quranda bununla bağlı “haramdır” deyə bir ifadə yoxdur. Bu onların verəcəyi bir qərardır. Peyğəmbərlərin belə ixtiyarları olmayıb ki, nəyəsə halal və ya haram desinlər", - Elşad Miri söyləyib.

 


OXŞAR XƏBƏRLƏR

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...