Füzuli şəhərinin yeni üslubda görüntüləri yayıldı -VİDEO


Füzuli şəhərinin yeni üslubda görüntüləri yayıldı -VİDEO

Füzulinin işğaldan azad olunması ilə tarixə düşən 17 oktyabr artıq ölkəmizdə Füzuli Şəhəri Günü kimi qeyd edilir.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev paylaşım edib.

 

"Ali Baş Komandanın əbədiləşdirdiyi bu tarix keçmişlə gələcək arasında bir körpü yaradır. Elə bir körpü ki, qəhrəman və tərəqqipərvər xalqımızı daha sıx tellərlə birləşdirir, işıqlı gələcəyə böyük ümid verir.

 

Bu gün Füzulidə aparılan genişmiqyaslı tikinti və quruculuq işləri, sakinlərin öz doğma yurdlarına mərhələli köçü bu inamın ilk işartıları kimi hər birimizə sonsuz fərəh hissi bəxş edir" , - deyə Anar Quliyev vurğulayıb.

 

Komitə sədri bu əlamətdar gün münasibətilə paylaşdığı videoçarxda müasir Füzulinin quruculuq işlərindən bəhs edən kadrları təqdim edib.

 

"Böyük Qayıdış" proqramının böyük hədəflərinə uyğun olaraq, Füzuli sürətlə dirçəlir və inkişaf edir. Şəhərdə əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə qabaqcıl şəhərsalma standartlarına uyğun yaşayış məhəllələri inşa olunur. Yeni yol-nəqliyyat infrastrukturu qurulur, təhsil və səhiyyə ocaqları, mədəniyyət mərkəzləri, idman-əyləncə kompleksləri, park və istirahət zonaları salınır. Şəhər yenidən canlanaraq sakinlərinə daha möhtəşəm bir görkəmdə qucaq açır.

 

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: "Füzulinin yeni siması göz oxşayır... Və indi o qalıb ki, insanlar burada rahat yaşasınlar".

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də öz növbəsində bu gözəl arzulara qoşularaq, bütün Füzuli sakinlərini əlamətdar gün münasibətilə təbrik edir:

 

"Şəhər Gününüz mübarək, əziz füzulililər!" ,- deyə Anar Quliyev bildirib.

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...