Müəllimin öldüyü qəzaya görə sevgilisi həbs edildi

Müəllimin öldüyü qəzaya görə sevgilisi həbs edildi

Bu ilin fevralında İsmayıllıda 34 yaşlı Nigar Bayramovanın ölümü ilə nəticələnən yol qəzasının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, N.Bayramovanın olduğu avtomobili idarə edən 1993-cü il təvəllüdlü Elçin Əliyev cinayət işi üzrə təqsirləndirilib.

 

Məlum olub ki, həyatını itirən 1985-ci il təvəllüdlü Nigar Bayramova Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi olub. O, Elçinlə sevgili imiş və birgə Zaqataladan Elçinin yaşadığı İsmayıllı şəhərinə gəliblər. Hadisə də bundan sonra baş verib. Belə ki, Elçin avtomobillə Xanəgah kəndi ərazisində yolun əks-hərəkət istiqamətinə çıxıb və idarə etdiyi “Khazar” markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə xəsarət alan N.Bayramova dünyasını dəyişib.

 

Araşdırmalar zamanı məlum olub ki, Elçin daha əvvəl də yol qəzası törədib və məhkum edilib. Onun ayağında elektron qolbaq var imiş və sürücülük hüququ məhdudlaşdırılıbmış.

 

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhum N.Bayramovanın atası Elçinə ağır cəza verilməsini xahiş edib: “Hadisədən 1 saat sonra mənə məlumat verildi ki, qızım Elçinin maşınında olub, həmin maşın “Maz” markalı maşının altına girib. Hadisə yerinin şəkilləri mənə göndərildi. Qızım mənə İsmayıllı rayonundan Elçini bəyəndiyini demişdi. Nigara demişdim ki, həmin şəxs 2 dəfə cinayət məsuliyyətinə cəlb olunub. Həmçinin, Elçinin ayağında qolbaq var, savadsız bir adamdır, cəmiyyət arasında hörməti yoxdur. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və ona ən ağır cəzanın verilməsini xahiş edirəm”.

 

Məhkəmənin hökmü ilə Elçinə 6 il 6 ay həbs cəzası verilib. Onun sürücülük hüququ da həbsdən sonrakı 4 il üçün məhdudlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...