Deputat Göydəniz Qəhrəmanov şəhidin məzarını ziyarət etdi - FOTOLAR

Deputat Göydəniz Qəhrəmanov şəhidin məzarını ziyarət etdi - FOTOLAR

Deputat Göydəniz Qəhrəmanov şəhid Nurlan Mustafayevin məzarını ziyarət edib.

 

Sfera.az bildirir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb. Millət vəkili şəhidin şəhadətinin ildönümündə onu 2-ci Fəxri Xiyabanda yad etdiklərini bildirib.

 

“Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçimiz barədə nitqlər söylənib, məzarı önünə gül dəstələri qoyulub və ruhuna dualar oxunub. Nurlan Mustafayev 2 iyul 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. O, orta təhsilini 159 saylı məktəbdə alıb. Daha sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. Ali hərbi təhsilini Almaniyada alıb. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib və 2020-ci ilin oktyabr ayının 11-də şəhidlik zirvəsinə ucalıb. Mustafayev Nurlan Hamlet oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı, "Füzulinin azad olunması uğrunda" medalı,"Cəbrayılın azad olunması uğrunda" medalı və "Kəlbəcərin azad olunması uğrunda" medalı ilə təltif edilib. Allah şəhidlərimizə rəhmət eləsin!”, - deputat qeyd edib.


OXŞAR XƏBƏRLƏR