"28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?

"28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?

"Bu gün Bakı şəhərinin bəzi yerlərində piyadaların sıxlığı müşahidə olunur. Bu zaman piyadalar avtomobillərin hərəkətdə olduğu yollarda təhlükəsiz şəkildə hərəkət edə bilmirlər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bu amil nəzərə alınaraq, belə ərazilərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur".

 

Sfera.az-ınn xəbərinə görə, bu istiqamətdə görülən işlərlə bağlı AYNA-nın Bakı regional idarəsinin müdir müavini, müdir vəzifəsini icra edən Tərlan Səfərov ətraflı məlumat verib.

 

Qurum rəsmisi bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hərəkətin yenidən təşkili ilə bağlı müxtəlif layihələr həyata keçirilir.

 

Onun sözlərinə görə, agentlik fəaliyyətə başladığı ilk gündən piyadaların rahat və təhlükəsiz hərəkəti prioritet hesab olunur:

 

"Bir neçə gün əvvəl Xaqani bağı ətrafında yerləşən küçələr bağa birləşdirildikdən sonra yeni görkəmdə piyadaların ixtiyarına verildi. Hazırda metronun "28 May" stansiyasının qarşısında yerləşən ərazidə yenidənqurma işləri tamamlanmaq üzrədir. Hər iki layihə AYNA-nın təklifi əsasında Nəqliyyatı Əlaqələndirmə Şurasında razılaşdırılıb.

 

Eyni zamanda, artıq 6 aydır ki, həftəsonları və qeyri-iş günlərində şəhər mərkəzində yerləşən bir sıra küçələr sakinlər istisna olmaqla, digər avtomobillərin hərəkəti üçün bağlanır. Bu dəyişikliklər qeyd edilən ərazilərdə hamı üçün çox gözəl bir mühitin formalaşmasına imkan verməklə yanaşı, ərazinin turizm və biznes potensialının daha da artmasına kömək edir". (Trend)


OXŞAR XƏBƏRLƏR

XİN: Bu iki qətnaməni qətiyyətlə rədd edirik

Xarici İşlər Nazirliyi Niderland parlamentinin Nümayəndələr Palatasının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələri qəbuledilməz hesab edib.   Sfera...

Zelenski almaniyalı həmkarı ilə Ukraynanın ehtiyaclarını müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə “Rusiyanın enerji şəbəkəsinə davamlı zərbələri və cəbhədəki aktiv döyüş...

Türkiyədə prospektə Azərbaycanın Milli Qəhrəmanının adı verildi -FOTO

​​​​​​Türkiyənin Afyonkarahisar vilayətində yerləşən prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib.   Sfera.az ...

91 yaşlı prezidentin səhhəti ilə bağlı müzakirələr rəsmən qadağan edildi

Kamerunda 91 yaşlı prezident Paul Biyanın sağlamlığı ilə bağlı hər hansı müzakirəni qadağan edilib. Daxili İşlər Nazirliyi prezidentin uzun müddət yoxluğunun sə...

Aygün Kazımovadan fərqli görünüşdə - FOTOLAR

Xalq artisti Aygün Kazımova yeni fotosessiyası ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Pop kraliça qırmızı geyimdə obyektiv qarşısına keşib. ...

Ermənistanda zəlzələ baş verdi

Bu gün saat 20:44-də Ermənistanın Qəmərli (Artaşat) şəhərindən 8 km şimal-qərbdə zəlzələ baş verib.   Sfera.az erməni mediasına istinadla xəbər verir...