Yenilənən Laçın göz oxşayır

Yenilənən Laçın göz oxşayır

2020-ci il 44 günlük Zəfər şavaşında Azərbaycanın əldə etdiyi tarixi qələbə Ermənistanı kapituliyasiya aktına imza atmağa məcbur etdi. Həmin il imzalanan üç tərəfli bəyanata əsasən dekabrın 1-də Laçın şəhəri döyüşsüz olaraq  düşməndən geri alındı. Bu tarixi hadisə dövlət rəhbərimiz tərəfindən döyüş meydanında qazanılmış qələbinin diplomatiya müstəvisində davamı idi. 

 

Müzəffər Ali Baş komandan İlham Əliyev tarixi ədalətin bərpası münasibətilə xalqa müraciətində bildirmişdi ki, "Laçın rayonunun düşmən tapdağından azad edilməsi tarixi hadisədir: Özü də bir güllə atmadan biz Laçın rayonunu geri qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əltə etdiyimiz parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxartdı ki, üç  rayonumuz - Ağdam, Kəlbəcər və  Laçın  bizə  qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid  vermədən qaytarmışıq". 

 

Cənab Prezident İlham Əliyevin siyasi iradəsinin və strateji düşüncələrinin ifadəsi olan Laçın şəhərinin işğaldan azad olduqdan sonra yüksək səviyyədə inkişafı hər birimizi sevindirir və qürurlandırır. 

 

Strateji əhəmiyyəti olduqca yüksək olan Laçın rayonunda böyük qayıdışın reallaşması həm psixoloji, həm sosial, həmdə hərbi-siyasi  baxımdan olduqca vacibdir. 

 

Laçın tarixi Qərbi Azərbaycan torpaqlarına giriş qapımızdır. Məhz bu səbəbdən  şəhərdə həyata keçirilən müxtəlif infrastruktur layihələri, sosial və iqtisadi reabilitasiya proqramları, kənd təsərrüfatı və turizmin inkişafı xüsusi diqqətlə icra olunur. 

 

Bu prosses insanların yenidən geri qayıtması ilə eyni zamanda, onların mədəniyyətinin, həyat tərzinin və ənənələrinin bərpasını da əhatə edir.

 

Biz qalib Azərbaycan Respublikasının vətəndaşları olaraq işğalçı Ermənistanın bir addımlığında tarixi ədaləti bərpa etməklə əzəmətli Laçın şəhərini ucaldırıq. Bu düşmənə göz dağıdır.

 

Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini


OXŞAR XƏBƏRLƏR

Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı

8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni təfərrüatlar əldə edilib.   Sfera.az xəbər verir ki, Narinin öldürüldüyü gün azyaşlının əmisi Səlim Güran ...

Pul köçürmələrinə nəzarət gücləndirildi

"İqtisadi Şuranın dünənki iclasında müzakirə edilən məsələlərdən biri də Azərbaycandan xaricə pul köçürmələri və ixrac dəyərinin tam qaytarılması ilə bağlı...

AQTA Fransadan bu məhsulların idxalını məhdudlaşdırdı

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Overn-Rona-Alplar regionunda epizootik homorraji, Danimarka K...

Rusiya XİN Yaponiyaya xəbərdarlıq etdi

Rusiya Tokionun oktyabrın sonu - noyabrın əvvəlində ABŞ-lə birgə hərbi təlimlər keçirməyi planlaşdırması ilə bağlı Yaponiya səfirliyinə kəskin etiraz göndərib. ...

Atasının qatilini cəzalandırmaq üçün polis oldu: Qatil 25 il sonra tapıldı

Bütün həyatını atasının qatilini tapmağa həsr edən braziliyalı qadın, nəhayət, qatili yaxalayaraq arzusunu həyata keçirə bilib. Sfera.az bildirir ki, Ghisl...

Parlamentdə bu deputatlara yeni vəzifələr verildi - SİYAHI

VII çağırış Milli Məclisin bir sıra beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin rəhbərləri dəyişib.   Sfera.az Modern.az-a istinadən xəbər veri...