Qusarda polis məktəblilərlə görüşdü - FOTO

Qusarda polis məktəblilərlə görüşdü - FOTO

Qusar Rayon Polis Şöbəsinin təşəbbüsü ilə rayonun Hil kənd tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir”, eləcə də “Erkən nikah və onun fəsadları” mövzularında tədbir keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sfera.az-a verilən məlumata görə, şagirdlərlə görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev narkomaniyanın cəmiyyət üçün böyük bəlaya çevrildiyini bildirib, bu problemə qarşı hüquq-mühafizə orqanlarının apardığı mübarizə tədbirlərindən danışıb, bu yöndə gənclərin maariflənməsinin vacibliyini vurğulayıb.

 

A.Əfəndiyev erkən nikahın səbəb olduğu problemlərdən də söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. O qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır.

 

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu -FOTO

Aparıcı Aynur Talıbova 8 il sonra ABŞ vətəndaşı olub.   Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.   Aparıc...

Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı

8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni təfərrüatlar əldə edilib.   Sfera.az xəbər verir ki, Narinin öldürüldüyü gün azyaşlının əmisi Səlim Güran ...

Pul köçürmələrinə nəzarət gücləndirildi

"İqtisadi Şuranın dünənki iclasında müzakirə edilən məsələlərdən biri də Azərbaycandan xaricə pul köçürmələri və ixrac dəyərinin tam qaytarılması ilə bağlı...

AQTA Fransadan bu məhsulların idxalını məhdudlaşdırdı

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Overn-Rona-Alplar regionunda epizootik homorraji, Danimarka K...

Rusiya XİN Yaponiyaya xəbərdarlıq etdi

Rusiya Tokionun oktyabrın sonu - noyabrın əvvəlində ABŞ-lə birgə hərbi təlimlər keçirməyi planlaşdırması ilə bağlı Yaponiya səfirliyinə kəskin etiraz göndərib. ...

Atasının qatilini cəzalandırmaq üçün polis oldu: Qatil 25 il sonra tapıldı

Bütün həyatını atasının qatilini tapmağa həsr edən braziliyalı qadın, nəhayət, qatili yaxalayaraq arzusunu həyata keçirə bilib. Sfera.az bildirir ki, Ghisl...