"COP29-la bağlı da müxtəlif platformalarda dezinformasiyalar yayılır" - Elmir Vəlizadə

"COP29-la bağlı da müxtəlif platformalarda dezinformasiyalar yayılır" - Elmir Vəlizadə

"Bu gün informasiyanın əldə edilməsi, yayılması çox rahatdır, lakin yayılan məlumatların çoxu dezinformasiya olur".

 

Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə deyib.

 

O bildirib ki, cəmiyyəti dezinformasiyadan qorumaq lazımdır:

 

"Vətən müharibəsindən sonra ermənilər və Azərbaycanı gözü götürməyənlər məqsədli şəkildə ölkəmizə qarşı dezinformasiyalar yayır. Bu ilin noybarında Bakıda baş tutacaq COP29 kimi böyük konfransın Azərbaycanda keçirilməsi ilə bağlı da müxtəlif platformalarda dezinformasiyalar yayılır. Xüsusilə COP29 ərəfəsində və ya konfrans bitdikdən sonra bizə qarşı bu kimi hücumlara hazır olmalıyıq".

 

E.Vəlizadə vurğulayıb ki, yerli media daha da inkişaf etdirilməli, milli maraqlar qorunmalı, Azərbaycana qarşı dezinformasiyaların qarşısını almaq üçün səylər birləşdirilməlidir.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR