"Bütün mənbələrdən iqlim maliyyələşdirməsini genişləndirməyə çalışmalıyıq" - Muxtar Babayev

"Bütün mənbələrdən iqlim maliyyələşdirməsini genişləndirməyə çalışmalıyıq" - Muxtar Babayev

İqlim fəaliyyətinə uyğunlaşmanın vacibliyi göz qabağındadır.

 

Sfera.az xəbər verir ki, bunu "PreCOP" çərçivəsində "İqlim və İnkişaf" mövzusunda Nazirlər Konfransında COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

 

O bildirib ki, qlobal istiləşməni 1.5 dərəcəyə qədər məhdudlaşdırmağı bacarsaq belə, bütün dünyada iqlim dəyişikliyinin ciddi təsirləri ilə məşğul olmalıyıq: “Uyğunlaşmanın maliyyələşdirilməsi və həyata keçirilməsində hələ də aydın boşluqlar mövcuddur. Karib və Sakit Okean hövzəsindən Afrikaya qədər biz uyğunlaşmada geri qalırıq”.



Muxtar Babayev diqqətə çatdırıb ki, COP29 Sədrliyinin bu il ambisiyaları və fəaliyyəti artırmaq planı var: “Bu planın Paris Sazişinin bütün müddəaları üzrə kritik irəliləyişləri və iqlim maliyyəsini təmin edəcəyini düşünürük. Birincisi, istiləşməni məhdudlaşdırmaq və iqlim dəyişikliyinin təsirlərini idarə etmək üçün iqlim planlarında ambisiyaları gücləndirməliyik. Biz bütün Tərəfləri 2025-ci ilə qədər Milli Uyğunlaşma Planlarına hazırlamağa çağırırıq. İkincisi, biz planları həyata keçirmə vasitələrini işə salmalıyıq. Bütün mənbələrdən iqlim maliyyələşdirməsini genişləndirməyə çalışmalıyıq. Biz adaptasiya maliyyəsinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmalıyıq”.


OXŞAR XƏBƏRLƏR

“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə” şirkətinin gələn il üçün hədəfləri və nəzərdə tutulan layihələr müzakirə edi...

Göygöldə TIR sürücüsü olan Türkiyə vətəndaşı ÖLDÜ

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.   Sfera.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun Göygöl rayonu əraz...

Leyla Əliyeva Keniya Prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.   Sfera.az xəbər verir...

Xalq artisti Ofeliya Sənani palataya köçürüldü

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.   Sfera.az xəbər verir ki, bu barədə AP...

Şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkdi - SƏBƏB

Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib.   Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eld...

Pakistanda terror hücumu nəticəsində azı 16 hərbçi öldü

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində hərbi nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin hücumu nəticəsində azı...