Ağadadaş Ağayevlə bağlı YENİ XƏBƏR: Məhkəmə BAŞLADI

Ağadadaş Ağayevlə bağlı YENİ XƏBƏR: Məhkəmə BAŞLADI

Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"a qarşı iddiası əsasında məhkəmə başlayıb.

 

Sfera.az bildirir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin olunub.

 

Qeyd edək ki, bu ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.

 

Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.

 

Ağadadaş Ağayev "Medera Hospital"ı Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.

 

Öz növbəsində, "Medera Hospital"ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldıracaqlarını bildirmişdi. (APA)


OXŞAR XƏBƏRLƏR

“Milton” qasırğası yenidən ABŞ-ı cənginə alıb: “Disneylend”i su basdı + FOTO

Florida ştatındakı “Disneylend” Milton qasırğası səbəbindən su altında qalıb. Dünyanın ən böyük və ən çox ziyarət edilən əyləncə mərkəzi “Walt...

Castin Biber Puff Daddinin həbsinə münasibət bildirdi

Sentyabrın 16-da həbs edilən Puff Daddi ilə bağlı qalmaqal böyüməkdə davam edir. Bütün bu müddət ərzində reperin yaxın dostu və qurbanı adlandırılan 30 yaşlı Ca...

Tələbə ürəktutmadan vəfat etdi

Naxçıvan Dövlət Universitetinin musiqişünaslıq ixtisasının bakalavr məzunu vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda Naxçıvan Dövlət Universite...

Rusiya İrandakı vətəndaşlarına çağırış etdi

Rusiya vətəndaşlarına İsrailin İran hədəflərinə mümkün zərbəsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunur.   Sfera.az xəb...

Tacikistan Prezidenti Sahibə Qafarovanı qəbul etdi

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30-cu ildönümü münasibətilə təşkil ol...

Zelenski: Ukrayna üzrə ikinci sülh sammiti noyabrda baş tutacaq

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəsinin həlli üzrə ikinci görüş noyabrda keçiriləcək.   Sfera.az xəbər verir ki, çərşə...