Qarabağ və Şərqi Zəngəzurda 28 SES tikiləcək


Qarabağ və Şərqi Zəngəzurda 28 SES tikiləcək

Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək.

 

Sfera.az xəbər verir ki, bu barədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

 

Bildirilir ki, Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.

 

Strategiyaya əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından “ağıllı su” sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcək.

 

Yerüstü suların hidroenerji potensialı qiymətləndirilərək su elektrik stansiyaları, o cümlədən su təsərrüfatı obyektlərinin imkanları nəzərə alınmaqla kompakt enerji stansiyası yaradılacaq.

 

Sağlamlıq, sahil və su turizmi imkanları üzrə qiymətləndirmə aparılacaq, əhalinin içməli su ilə təchizatının daha da yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi və su ehtiyatları potensialından səmərəli istifadə edilməsi hövzələrarası su transferini həyata keçirməyə imkan verəcək. Beləliklə, iqtisadi rayonlarda 300 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək.


OXŞAR XƏBƏRLƏR

Bakıda şagird sinif yoldaşına xəsarət yetirdi - Hadisənin TƏFƏRRÜATI

Bakıdakı 212 nömrəli tam orta məktəbdə beşinci sinif şagirdinin tənəffüs zamanı sinif yoldaşını itələdiyi bildirilir.   Valideynin iddialarına görə, ha...

Sumqayıtda GÜCLÜ YANĞIN -VİDEO

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən sexdə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barəd Fövqəladə Hallar Nazirliyinin “112...

Zelenski ilə Makron arasında aparılan danışıqların təfərrüatları məlum olub

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, fransalı həmkarı Emmanuel Makronla görüşdə tərəflər birgə silah istehsalı məsələsini müzakirə ediblər.  ...

31 yaşlı futbolçusu Corc Baldok evinin hovuzunda ölü tapıldı

"Panatinaikos"un bu mövsüm transfer etdiyi Corc Baldok evinin hovuzunda ölü tapılıb. 31 yaşlı futbolçu Yunanıstan millisinin də formasını geyinib. &n...

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu - FOTO

Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan İdman kanalına yeni rəhbər təyin olunub.   Sfera.az-ın məlumatına görə, kan...

Ağadadaş Ağayevlə bağlı YENİ XƏBƏR: Məhkəmə BAŞLADI

Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"a qarşı iddiası əsasında məhkəmə başlayıb.   Sfera.az bildirir ki, bu gün Binəqədi Rayon Mə...