Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır


Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Biləsuvar, Bakı-Kürdəmir, Sumqayıt-Göyçay, Bərdə-Şəki, Bərdə-Naftalan, Gəncə-Qəbələ, Gəncə-Zaqatala, Mingəçevir-Ağcabədi, Mingəçevir-Ağdaş şəhərlərarası, eləcə də paytaxtın 159 nömrəli şəhərdaxili, 156 nömrəli və 508 nömrəli şəhərətrafı avtobus marşrutları müsabiqəyə çıxarılıb.

 

Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

 

Sənədlər noyabrın 8-i saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

 

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

 

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Biləsuvar və Bakı-Kürdəmir istiqamətlərində 4 Lot üzrə noyabrın 19-da, Sumqayıt-Göyçay, Bərdə-Şəki, Gəncə-Qəbələ və Gəncə-Zaqatala istiqamətlərində 4 Lot üzrə noyabrın 22-də, Mingəçevir-Ağcabədi və Mingəçevir-Ağdaş istiqamətlərində 3 Lot üzrə noyabrın 26-da, paytaxtın 159 nömrəli şəhərdaxili (Çiçək qəsəbəsi–“20 Yanvar” metrostansiyası) və 156 nömrəli şəhərətrafı (“Memar Əcəmi” metrostansiyası–Hökməli qəsəbəsi) avtobus marşrutları üzrə 2 Lotda noyabrın 29-da, paytaxtın 508 nömrəli şəhərətrafı (BBAK–Saray qəsəbəsi) avtobus marşrutu üzrə və Bərdə-Naftalan istiqamətində 2 Lotda dekabrın 3-də baxılacaq.


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda GÜCLÜ YANĞIN -VİDEO

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən sexdə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barəd Fövqəladə Hallar Nazirliyinin “112...

Zelenski ilə Makron arasında aparılan danışıqların təfərrüatları məlum olub

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, fransalı həmkarı Emmanuel Makronla görüşdə tərəflər birgə silah istehsalı məsələsini müzakirə ediblər.  ...

31 yaşlı futbolçusu Corc Baldok evinin hovuzunda ölü tapıldı

"Panatinaikos"un bu mövsüm transfer etdiyi Corc Baldok evinin hovuzunda ölü tapılıb. 31 yaşlı futbolçu Yunanıstan millisinin də formasını geyinib. &n...

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu - FOTO

Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan İdman kanalına yeni rəhbər təyin olunub.   Sfera.az-ın məlumatına görə, kan...

Ağadadaş Ağayevlə bağlı YENİ XƏBƏR: Məhkəmə BAŞLADI

Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"a qarşı iddiası əsasında məhkəmə başlayıb.   Sfera.az bildirir ki, bu gün Binəqədi Rayon Mə...

Bakının çağırışına 127 ölkə qoşuldu

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişmələri Konfransına (COP29) sədrliyi çərçivəsində Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyab...